Gömrük Komitəsi sahibkarlara niyə müraciət etdi?

Dövlət Gömrük Komitəsi (DGK) iş adamlarına müraciət edib.

Komitənin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləri olmasına baxmayaraq avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək.

İdxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

Etikxeber.az

Read Previous

Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümüdür

Read Next

PAŞİNYANIN 17 AVQUST MİTİNQİ KİMLƏRƏ MESAJ İDİ? – Politoloq yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir