Gömrük Komitəsi tərəfindən büdcəyə daxil olan vəsait 17 faiz artıb?

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 235 milyon 5,4 min manat vəsait daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 34 milyon 199,7 min manat və ya 17,31 faiz çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə daxilolmalar 15 milyon 389,1 min manat və ya 7 faiz çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 53 milyon 337,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 158 milyon 553,2 min manat, aksizlər üzrə 5 milyon 37,7 min manat, yol vergisi üzrə isə 2 milyon 687,6 min manat təşkil edib.

Etikxeber.az

Read Previous

Həmvətənimiz “Fiqaronun toyu”nda

Read Next

Gənc artist “Yay gecəsində yuxu” baletində Oberon obrazını canlandıracaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir