Gömrük nəzarətindən gizlədilən 10 min ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib

Rusiya Federasiyası İstiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Etikxeber.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən 10600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Tanınmış jurnalistə ADU-da vəzifə verildi

Read Next

“Ərzağı istehsal və istehlak etməyimizin tərzini əsaslı şəkildə dəyişməliyik” – ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir