Gömrük orqanına bəyan olunmayan külli miqdarda rus rublu aşkar olundu

Gömrük orqanına bəyan olunmayan külli miqdarda rus rublu aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federasiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. Yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginazlar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

Etikxeber.az

Read Previous

Dolların sabaha olan məzənnəsi açıqlandı

Read Next

Neftimizin qiyməti 52 dollara yaxınlaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir