Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə – 350 kapsul “Tramadol” 200 milliqram və 30 həb “Tramadol” 150 milliqram adlı dərman preparatları aşkar edilərək götürülüb.
Qeyd edək ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Etikxeber.az