“Google” şirkəti “iPhone” üçün “Chrome” brauzerinə yeni funksiya əlavə edəcək

“Google” şirkəti tezliklə “iPhone” smartfonunda işləyən “Chrome” brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra “QR” kodlarının oxunması funksiyası mümkün olacaq.

Etikxeber.az “belta.by” saytına istinadən xəbər verir ki, əvvəllər belə imkan yalnız “Android” istifadəçiləri üçün əlçatan idi.

Yeni funksiyanı aktivləşdirmək üçün istifadəçi barmağını brauzerin ikonkası üzərində saxlamalı və bundan sonra açılan menyudan skaner kodlarını seçməlidir. Funksiyanı aktivləşdirmək üçün daha bir variant axtarış sətrində “QR” yığmaqdır.

İstifadəçi “QR” kodu skan etdikdə brauzer onu kod daxilində şifrlənmiş xüsusi istinad üzrə yönləndirəcək. Əgər istifadəçi ştrix kodu skan edirsə, o zaman “Chrome” həmin məhsul haqda qiymət və rəyləri göstərir.

Etikxeber.az

Read Previous

“Kənar rayonlardan da minlərlə insan şəhidin şəkilləri və Azərbaycanın Dövlət bayraqları ilə Qusara gəlmişdi” – DEPUTAT – FOTO

Read Next

UEFA Bakıda qapıçılar üçün məşqçi kursu təşkil olundu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir