“Görərsiniz, evimizə şəhid kimi qayıdacağam!” deyirmiş…”- ŞƏHİD İBRAHİM VƏLİYEVİN ÖLÜMÜNDƏN 40 GÜN KEÇDİ, MİLLƏT VƏKİLİ ONUN İGİDLİYİNDƏN SÖZ AÇDI

İllər əvvəl doğma el-obası olan Kəlbəcərin işğalından sonra taleyin hökmüylə Zərdaba yerləşən Vəliyevlər ailəsinin igid oğlu, bu gün bütün Azərbaycanın qüruruna çevrilən şəhid İbrahim Ələmşah oğlu Vəliyevin 40 mərasimidir. İbrahim, 24 fevral 2020-ci il tarixində Ermənistan ordusunun növbəti hücumu zamanı son damla qanına qədər, ən son gülləsi bitənə qədər qəhrəmancasına döyüşdü.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva qeyd edib.

O, sonra bunları qeyd edib:

“Mən onun nəşinin döyüş bölgəsindən, doğulub böyüdüyü Zərdab rayonuna gətirildiyi gecədə, ertəsi gün dəfn mərasimində və daha sonrakı günlərdə hüzünlü ailəsi – anası, atası, nənə-babası, doğmaları ilə söhbətlərim zamanı hər birindən ayrı-ayrılıqda eşitdiyim cümlələri heç vaxt unuda bilmərəm… “Ana, mən gedirəm intiqamımızı alım!” deyirmiş, “Görərsiniz, evimizə şəhid kimi qayıdacağam!” deyirmiş… Ləyaqətli oğul, qeyrətli bala! Müqəddəs şəhid! Allah yatdığın yeri cənnət etsin, İbrahim!”.

Etikxeber.az

Read Previous

“Durdurun və cəzalandırın!” – EKS-DEPUTAT NARAHATLIĞINI İFADƏ ETDİ

Read Next

“Karantində Türkiyədə təhsil alan bir tələbəmiz var onunla əlaqədəyik…”-DEPUTAT NÖVBƏTİ DƏFƏ ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir