“Görəsən, bunlar nə vaxtdan mütəxəssis, hərbi ekspert olublar?” – DEPUTAT ƏSƏBLƏŞDİ

Müxalifətin insan faciəsindən siyasi məqsədlər üçün istifadə etməsi artıq ənənvi hal alıb və bu nə əxlaqa, nə də insanlığa sığmır. Azərbaycan xalqı belə hallara qarşı barışmazdır və nəinki insanların, eləcə də mərhumun ailəsinin münasibətləri bunu sübut edir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev hərbi pilot Rəşad Atakişiyevin ölümü, dəfn mərasimi və “MİQ-29”-un qəzaya uğrama səbəbi haqda Müdafiə Nazirliyinin (MN) məlum açıqlaması ətrafında baş verənlərə münasibətini bildirərkən deyib

“Allah şəhidimizə rəhmət eləsin. Biz igid oğullarımızla fəxr edirik və onların hər birinin xatirəsi bizim üçün əzizdir”-deyən millət vəkili bir daha hər kəsi siyasi mövqeyindən asılı olmayaraq, insan faciəsindən özləri üçün  siyasi xal və kapital toplamaq cəhdlərinə son qoymağa dəvət edib:

“Bu, qəbuledilən deyil. Bu cür cəhdlər yolverilməzdir, insanlığıa ziddir”.

Millət vəkili eyni zamanda, dünəndən bəri “MİQ-29”-un qəzaya uğrama səbəbi haqda MN-nin açıqlaması ətrafında xoşagəlməyən, dövlətə və dövlətçiliyə zidd olan müzakirələrin başladığını və bundan böyük təəssüf hissi keçirdiyini bildirib:

resad-pilot

tahir_rzayev_C00134

“Hesab edirəm ki, Müdafiə Nazirliyi kimi, ciddi bir qurumun açıqlamasına çox ciddi yanaşılmalı və ona birmənalı şəkildə hörmət edilməlidir. Bu qurumun, təhlükəsizliyimizə, əmin-amanlığımıza birbaşa cavabdeh olan mühüm bir nazirliyin açıqlamasını kimsə şübhə altına almamalıdır. Buna kimsənin haqqı yoxdur. Eyni zamanda, bu məsələni başqa səmtə çəkməyə, onu ucuz vasitələrlə, populizmlə, saxta rafos və saxta vətənpərvərliklə hallandırmağa, dövlətə, dövlətçiliyə zidd olan mövqelər sərgiləməyə kimsənin haqqı çatmır, kimsəyə belə bir haqq-hüquq verilməyib.

Bəli, alternativ fikir, əks mövqe ola bilər. Bunu da kiməsə qadağan etmək olmaz. Amma durub olan qoyub, olmazı danışmaq, onu həqiqət kimi cəmiyyətə sırımaq, insanlarda dövlətə, dövlətçiliyə, onun çox mühüm bir strukturuna qarşı inamsızlıq yaratmaq bütün hallarda qəbuledilməz və yolverilməzdir. Dünəndən bu yana fikir verirəm, az qala hər kəs özünü dünya miqyaslı hərbi ekspert, hərbçi, hərb sahəsindən başı çıxan peşəkar müxətəxəssislər kimi, aparmağa, təqdim etməyə çalışır. Bir çoxları da bildi-bilmədi, ağıllarına və ağızlarına gələni söyləyir, iddia edir.

Görəsən, bunlar axı, nə vaxtdan mütəxəssis, sözləri ilə oturulub, durulan, sayılıb, seçilən hərbi ekspertlər, mütəxəssislər olublar? Olublarsa, bizim niyə indiyə qədər bunlardan xəbərimiz olmayıb? Vallah, ayıbdır, günahdır, etməyin, cəfəngiyyatlarınıza, sağlam olmayan mövqeyinizə son qoyun. İnsanların hissləri, dövlətin sabahı, gələcəyi ilə oynamayın. Gedin, öz işlərinizlə məşğul olun, bildiyiniz, bacardığınız nəsə varsa, onların qulpundan yapışın, belə məsələlər sizlik deyil.

Odur ki, şəxsən mən də Müdafiə Nazirliyinin açıqlamasında deyilənləri birmənalı qəbul edir və ona hörmətlə yanaşıram. Başqa cür də ola bilməz”.

Etikxeber.az

 

Read Previous

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbul olanların qeydiyyatı başladı – DİM

Read Next

DİM-dən abituriyentlərə – MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir