Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy və Beyləqan rayonlarında ölümlə nəticələnən yanğın hadisələri baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Goranboyun Qaraçinar kəndində vətəndaşa məxsus, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə baş verən yanğının kəşfiyyatı zamanı 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov saat 03:30-da söndürülüb.
Beyləqan rayonunda isə ümumi sahəsi 240 kvadratmetr olan, iki ailənin yaşadığı evdə vətəndaşa məxsus dördotaqlı evin üç otağı yanıb. Yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də söndürülüb.
Etikxeber.az