Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

Goranboy rayonunun Tatarlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, fevralın 7-də saat 18 radələrində Goranboy rayonunun Tatarlı kəndində şəhər sakini Mahir Mirzəbəyov idarə etdiyi “VAZ-21703” markalı avtomobili aşırması nəticəsində hadisə yerində ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, M. Mirzəbəyov ilyarım öncə-2015-ci ilin payızında ailə qurub.

Bir neçə ay öncə isə övladları dünyaya gəlib.

Onu da qeyd edək, bu, Mirzəbəyovlar ailəsində üçüncü bədbəxt-faciəli hadisədir.

Bundan öncə ailə iki qız övladını da ayrı-ayrı vaxtlarda, cavan yaşlarında itirib.

Onlardan biri ailəli olub və bir övladı qalıb.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Qızıl-zinət əşyalarını daxili orqanında keçirmək istədi

Read Next

Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini və Fransanın dövlət katibini qəbul etdi- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir