Goranboyda qanlı hadisə – İKİ NƏFƏR YARALANDI – TƏFƏRRÜAT – YENİLƏNİB

Goranboy rayonunda silahlı insident baş verib.

Baş verən silahlı insident nəticəsində iki nəfər xəsarət alıb. 

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində olub.

Hadisə Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət ilə  Goranboy rayon sakinləri – Lətif Əmrahov və əmisi oğlanları Pərviz Əmrahovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verib.

Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

***

 Silahlı insidentin təfərrüatları da məlum olub. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib.

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb.

Silahdan açılan güllə  onun əmisi oğlu Təbriz Əmrahova dəyərək onu yaralayıb. Bunu görən  T. Əmrahovun qardaşı Pərviz Əmrahov  polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib.

Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib.

Hadisə iştirakçılarının hamısı saxlanılıb.

Xəsarət alan polis əməkdaşı V. Kərimov və T. Əmrahov xəstəxanaya yerləşdiriliblər.

Etikxeber.az

Read Previous

“Milli Məclis tərəfindən də qanadlandırılsın ki…” – RAFAEL HÜSEYNOV

Read Next

Adada köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edildi – DİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir