Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verdi-ÜÇ QURUM BİRGƏ MƏLUMAT YAYDI, TƏXLİYƏ EDİLƏN İNSANLARIN MƏRHƏLƏLİ ŞƏKİLDƏ YAŞADIQLARI ÜNVANLARA QAYTARILMASINA BAŞLANILDI – FOTO – YENİLƏNİB – (1)

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Etikxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

08:45

***

Goranboy rayon İcra Hakimiyyətindən mediaya verilən məlumata görə, təhlükəsizlik səbəbilə iki kəndin 5 minə yaxın sakini təxliyə olunub.

O da qeyd edilib, patlayış nəticəsində xəsarət alan, itki yoxdur.

09:25

***

Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.

İclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirib ki, hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumları operativ şəkildə hadisə yerinə cəlb olunub, vəziyyət dərhal nəzarətə götürülüb.

Qeyd edib ki, hadisənin bütün mərhələləri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Baş Naziri və Fövqəladə Hallar Nazirinə mütəmadi məlumat verilmiş, aidiyyəti dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərilmişdir.

İcra başçısı vurğulayıb ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritetdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb.

Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin saat 18:30-dan etibarən yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək.

Məhərrəm Quliyev aidiyyəti qurumların rəhbərlərinə əhalinin təhlükəsizliyinin tam təmin olunması, vətəndaşların yaşayış yerlərinə təhlükəsiz qayıdışının operativ şəkildə təşkil edilməsi, ərazidə nəzarət tədbirlərinin davam etdirilməsi və bütün məsələlərin koordinasiyalı qaydada icra olunması ilə bağlı konkret tapşırıqlar verib.

İclasda bildirilib ki, baş vermiş hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.

Sonda Fövqəladə Hallar Komissiyasının fəaliyyəti çərçivəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, vəziyyətin daim nəzarətdə saxlanılması və zəruri tədbirlərin fasiləsiz davam etdirilməsi qərara alınıb.

Etikxeber.az

Read Previous

Ailənin iki oğlan övladından, iki qardaşdan biri, kollec təhsilli, ailəli, bir qız atası idi…Oktyabrın 8-də Şəhid oldu, nəşi 11 gün sonra Əbədiyyətə uğurlandı – Evin tək, yeganə, subay övladıydı, atasını da illər öncə itirmişdi…Müharibəyə könüllü yollandı, döyüş yolu 10 gün çəkdi, nəşi də 10 gün sonra tapıldı-BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİ OLAN ELŞƏN MÜSLÜMOV VƏ ELMAR İBRAHİMOV – FOTOLAR

Read Next

Bu yollarda yenə sıxlıq və tıxacdır-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir