Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Lətif Faiq oğlu Məmmədovun doğum günüdür.
Bu gün Lətif Məmmədovun 25 yaşı tamam olur və bu, Onun Cənnətdəki üçüncü ad günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Lətif Məmmədov 1998-ci ilin 26 avqust tarixində Goranboy rayonunun Qarasuçu kəndində dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Cəmi 9 yaşında (bacısı isə cəmi 6 yaşında) analarını itiriblər…
Anaları Sevinc xanım cəmi 30 yaşında, gənc və cavan yaşlarında dünyasını dəyişib…
Bir müddət sonra isə onlara Mingəçevirli, atalarının ikinci həyat yoldaşı Rəsmiyyə xanım analıq edib…
Lətif orta məktəbi bitirdikdən sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyini bitirdikdən sonra-evinə, ailəsinə dönüb…
İkinci Vətən Müharibəsi zamanı isə Vətənin müdafiəsinə, döyüşlərə atılıb…
Və döyüşlərin ilk günlərində, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 3 gün sonra, oktyabr ayının 2-də Qarasuçu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra medallarla təltif olunub…
O, Qarasuçunun üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
22 yaşında Şəhidlik məqamına ucalan Lətif həm də subay olub…
Tək bacısı isə hazırda ailəlidir…
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, qısa çıxışlar ediləcək.
Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan süfrəsi açılacaq.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü-yubiley doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az