Bugünlərdə Goranboy rayonunun Birinci Qarabağ Müharibəsinin Şəhidlərindən olan Rafiq Qasım oğlu Bağırovun qardaşı 64 yaşlı Əlövsət Bağırov dünyasını dəyişib.
Etikxeber.az xəbər verir ki, Birinci Qarabağ Savaşı Şəhidi Rafiq Bağırov 24 noyabr 1973-cü il tarixində Goranboy rayonun Qurbanzadə kəndində anadan olub.
O, cəmi 19 yaşında, 1992-ci ilin 6 sentyabr tarixində Şəhidlik zirvəsinə ucalıb.
Şəhidin qardaşı Əlövsət Bağırov isə 13 noyabr 1959-cu il tarixində dünyaya gəlib və bu ilin avqust ayının 30-da, 64 yaşında dünyasını dəyişib.
Şəhidin qardaşı ailəli, 3 övladı olub və nəvələri var.
Həm Şəhidimiz, həm də Şəhid qardaşı Nur içində yatsınlar!



Etikxeber.az