Goranboyun daha bir sentyabr Şəhidi- AİLƏNİN 3 OĞLAN ÖVLADINDAN BİRİ, QOHUMU İLƏ NİŞANLI OLAN GİZİR YUSİF QURBANOV ƏBƏDİYYƏTƏ UĞURLANDI… – FOTOLAR – YENİLƏNİB

Bu gün Goranboyun daha bir sentyabr Şəhidi-Azərbaycan Orsusunun hərbçisi, Gizir Yusif Qurbanov son mənzilə yola salınıb.

Etikxeber.az xəbər verir ki, Yusif Qurbanov doğulub boya-başa çatdığı Şəfəq kəndinin qəbiristanlığında dəfn edilib.

İzdihamlı dəfn mərasimində yüzlərlə insan-kənd sakinləri, Goranboylular, Qazilər, hərbçilər, Goranboydan, Ağdamdan, Ucardan olan Şəhid ailələri, İcra başçısı Məhərrəm Quliyev başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili Ağalar Vəliyev, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Dəfn mərasimi bir saata yaxın davam edib.

Dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəhidin ailəsinə başsağlığı verib, Allahdan səbr və dözüm arzulayıb.

Şəhidin və cəmi Şəhidlərinin qanının yerdə qalmadığını, düşmənə hərtərəfli və layiqli cavab verildiyini bildirib.

Sonra üç rəngli Azərbaycan bayrağını Şəhidin atasına təqdim edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Həkimlərin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, 1998-ci il təvəlllüdlü Yusif Qurbanov ailənin 3 oğlan övladından biri olub.

Hər üç qardaş hərbçi olublar.

Yusif həm də nişanlı olub.

Tərtərli, qohumu, 18 yaşlı Məlahət xanımla nişanlı idi…

Noyabr ayında da kəbin kəsdirəcəklərmiş…

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr və dözüm versin!

14:00

***

FOTOLAR

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Müzəffər, Qalib Azərbaycan Ordusu bir daha özünün nələrə qadir olduğunu göstərdi, növbəti Qələbə, Zəfər Dastanı yazdı, başını və başımızı Uca etdi!-JALƏ ƏLİYEVA YAZDI

Read Next

XİN-dən Pelosiyə-ETİRAZ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir