Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına Şəhid olan Azərbaycan Ordusunun Əsgəri Hüseyn Əfqan oğlu Nəsibovla izdihamlı vida mərasimi keçirilib.
Etikxeber.az xəbər verir ki, bu gün təxminən 13:00 radələrində Şəhidin Azərbaycanın Dövlət bayrağına bürünmüş tabutu-cənazəsi, nəşi Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə, ailəsinin yaşadığı evə gətirilib.
Vida mərasimi zamanı Şəhidin ruhuna dualar oxunub, ailəsinə başsağlığı verilib, Allahdan səbr və dözüm arzulanıb.
Yüzlərlə insanın-Şəhid ailələrinin, Qazilərin, Goranboy rayon rəhbərliyinin, şagird və müəllimlərin, yerli ziyalıların, din xadimlərinin, media mənsublarının qatıldığı vida mərasimindən sonra “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında Şəhidin tabutu-cənazəsi, nəşi Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanına gətirilib.
Bir daha Şəhidin ruhuna dualar edilib.
Sonra Şəhidin nəşi torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən Şəhidin atası Əfqan Nəsibova Azərbaycanın Dövlət bayrağı təqdim olunub.
İcra başçısı Şəhidin valideynlərinə, ailə üzvlərinə bir daha başsağlığı verib, övladlarının Vətən yolunda Şəhidlik məqamına ucalmasının hər bir Goranboylu, hər bir Azərbaycan vətəndaşı üçün Qürur və Fəxr mənbəyi olduğunu dilə gətirib.
O, cəmi bir sutka ərzində Azərbaycan Silahlı Qüvvələrinin apardığı lokal xarakterli antiterror təbdirləri nəticəsində düşmənin, Qarabağ sepataçılarının diz çökdüyünü, ağ bayraq qaldırdığını, təslim olduğunu bildirib.
İcra başçısı bunun Azərbaycanın növbəti böyük uğuru və Qələbəsi olduğunu sözlərinə əlavə edib.
Şəhidin Əbədiyyətə uğurlanmasından sonra ailəsinin yaşadığı evdə adına ehsan verilib.
Qeyd edək ki, kasıb bir ailənin övladı olan Hüseyn Nəsibov 2004-cü ilin noyabr ayının 7-də dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri, evin ortancıl uşağı olub.
Bacısı hazırda ailələdir.
Kiçik qardaşı Nurlan Nəsibov isə orta məktəb şagirdidir.
O, 2011-2022-ci illərdə Qızılhacılı qəsəbə 2 saylı orta məktəbdə təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra-2023-cü ilin aprelində isə Əsgərliyə yollanıb.
Əvvəlcə Gəncə, sonra Şuşa şəhəri istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.
Və dünən-19 sentyabr tarixində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Hüseyn həm də subay idi.
Onu da qeyd edək ki, Hüseyn Nəsibov Qızılhacılı qəsəbəsinin sonuncu iki Şəhidindən biridir.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:


ANA(LAR), YANAR AĞLAR…













***









***

















***










***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





