“Goranboyun Tap kəndində daha bir mülki şəxs öldürülüb…Raket onun evinin damına düşüb… Ermənistanın müharibə cinayətləri davam edir”-HİKMƏT HACIYEV – BAŞ PROKURORLUQ DA MƏLUMAT YAYDI – YENİLƏNİB

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub. 

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. 

O, bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb:

“Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.

17:35

***

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan verilən məlumata görə, 29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti artım-antirekord-1015 – DAHA 9 ÖLÜM…

Read Next

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə təşkil-EDİLƏCƏK – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir