“Görülən işlər postpandemiya dövrünə istiqamətlənib ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Beş min vətəndaşın bundan yararlandığını qeyd edən Q.Paşayeva ümumilikdə ictimai iş yerlərinin sayının 90 minə çatdığını bildirib:

“İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən vətəndaşlara yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik müavinətin verilməsi təmin olunub. Azərbaycan Prezidentinin qərarı ilə bu imkandan 600 min vətəndaş yararlana biləcək. Birdəfəlik ödəmənin verilməsi aprel-may aylarını əhatə edəcək və növbəti mərhələdə həmin şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün uçot aparılacaq. Dövlətimiz işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və işsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli işlər aparır. Azərbaycan Prezidenti vətəndaşının sağlamlığı üçün narahatdır və onun sosial rifahının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir”.

Komitə sədri koronavirus pandemiyası dövründə sosial şəraiti ağır olanların, tənha yaşayan insanların, həssas qrup üzvlərinin da dövlət qayğısı ilə əhatə olunduğunu deyib. Bildirib ki, aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır, 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilir.

Q.Paşayeva diqqətə çatdırıb ki, martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb və bunun üçün dövlət büdcəsindən 2,6 milyon manat ayrılıb:

“Ölkəmizin dayanıqlılığının təmin edilməsi və insanların sosial rifahının yaxşılaşdırılması üçün iqtisadiyyatın, qeyri-neft sektorunun, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi mütləqdir. Təbii ki, iqtisadiyyat güclü olanda vətəndaşın rifahını yüksəltmək də mümkün olur. Dövlətimizin gördüyü işlər postpandemiya dövrünə istiqamətlənib. Beləliklə, sosial sahədə görülən mühüm işlər Azərbaycan Prezidentinin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz nümunəsidir…”.

Etikxeber.az

Read Previous

Karantinin pozulmasına görə 31 516 hərəkət iştirakçısı məsuliyyətə-CƏLB EDİLDİ…

Read Next

“Oqtay müəllimlə münasibətlərimiz çox yaxşıdır, Sahibə xanımla da 10 il bir yerdə işləmişik, çox ziyalı, savadlı xanımdır…”-ZİYAFƏT ƏSGƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir