Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək – QƏNİRƏ PAŞAYEVA

Qənirə Paşayeva: Bu müşavirə əslində bütün qurumlara bir xəbərdarlıq idi

Prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar çox güman ki, dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdaqlıqla söylədi. O, hər zaman söylədiyi “biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşmasını bu müşavirədə də ortaya qoydu.

MUSAVIRE-1

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

YENI QANIRA

Onun sözlərinə görə, görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər.

piris

oktay-sirali

“Cənab prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. “Azərenerji” prezidentinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı cənab prezident verdi,  “utanmalısınız xalq və ölkə qarşısında”,  “xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız” dedi. Cənab prezident vətəndaşlara təşəkkürü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da vurğuladı. Çox ciddi mesajlar vardı. Bu müşavirə əslində bütün qurumlara bir xəbərdarlıq idi. Cənab prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır. Özəlliklə isti yay günlərində bəzi yerlərdə su təhcizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır. Təşəkkürlər, cənab prezident.Hər zaman olduğu kimi, bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Prezidentin belə bir müavirə keçirməsi arzuolunan, həm də gözlənilən idi…” – DEPUTAT

Read Next

Son müşavirə ciddi dərs olacaq – ZİYAD SƏMƏDZADƏ – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir