“Görünür ki, qələbə, zəfər yaxındadır, yaxınlaşır…Qələbəyə, Zəfərə gedən yolda da heç bir büdrəmə, heç bir ani səhv, heç bir çaşqınlıq olmamalıdır və hədəfimizə çatana, Qələbəmizi rəsmiləşdirənə qədər soyuqqanlılığı, təmkini itirməməliyik…”-JALƏ ƏLİYEVADAN ÇAĞIRIŞ

Dünya, bəşər övladı, kürreyi-ərz dəyişsə də, mənfur qonşularımız heç zaman dəyişməyəcəklər.

Yenə də əvvəlki xislətlərində, məkrlərində, nifrətlərində qalacaqlar, boğulacaqlar. Şovinizm, nasizm, rasizm, terrorizm onların qanına, canına, ruhuna elə hopub, elə işləyib ki, bu xəstəliklərdən, bu viruslardan xilas olmaları üfüqdə belə görünmür.

Son günlər ABŞ-da, Belçikda, digər bir sıra Qəbr ölkələrində, xüsusilə, Los Ancelesdə, Brüsseldə yaşananlar ermənilərin, məkrli qonşularımızın dəyişməyəcəyinin əyani sübutu oldu. Xaricdə, adıçəkilən ölkələrdə yaşayan soydaşlarımza, həmvətənlərimizə, diplomatik xidmət əməkdaşlarımıza qarşı etdikləri, törətdikləri vəhşiliklər, barbarlıqlar, vandallıqlar sözlə ifadəsi mümkün olmayan antiinsani, antibəşəri cinayət, terrorculuq əməlləridir.

Artıq o qədər nifrət dolu və qəzəblidirlər ki, heç nəyi gizlədə, özlərini cilovlaya bilmirlər. ABŞ başda olmaqla, bir çox Qərb ölkələrinin açıq şəkildə terrorçu təşkilat elan etdikləri qanlı ASALA-nın adı yazılmış köynəklərlə soydaşlarımıza qarşı hücuma keçir, onlara ciddi xəsarətlər yetirir, açıq şəkildə terror havası əsdirirlər…Özü də dünyanın, demokratiyanı az qala hamının gözünə soxmağa çalışan aparıcı Qərb ölkələrinin, ABŞ-ın gözü qarşısında…

Təbii ki, onlar bunu özbaşına etmirlər…Qətiyyən, əsla. Onlar bunu havadarlarının, himayədarlarının, açıq-gizli güc odaklarının, antiAzərbaycan, antiTürk dairələrin, mərkəzlərin dirijor çubuqları ilə edirlər…

Yenə də növbəti, daha təhlükəli, daha qorxulu, daha məkrli, daha çoxüzlü, daha hiyləgər, daha amansız “layihə”lərdə yer alıblar. Məqsəd də, məqsədləri də, niyyət də, niyyətləri də bəllidir, görünəndir, hissolunandır…

Sağ vurub sol göstərmək, sol vurub sağ göstərmək istəyirlər…Həm Azərbaycanı, həm də onun ən yaxın müttəfiqi, müdafiəçisi, iki qardaş-bir dövlət olan qardaş və dost Türkiyəni cəzalandırmaq, onları müstəqil siyasətlərindən geri çəkindirmək istəyirlər.

Çünki son illər həm Azərbaycan, həm də Türkiyə istər yerləşdikləri bölgənin, coğrafiyanın, istərsə də dünyanın əsas söz sahiblərindən, inkişaf etmiş güc mərkəzlərindən birinə çevriliblər. Hər ikisi də birlikdə dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı və öncül rola malikdirlər.Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, xüsusilə, TANAP və sair məhz bu iki ölkənin birgə iradəsinin, birgə əməyinin nəticəsi və göstəricisidir.

Bu isə gündən-günə tənəzzülə uğrayan, uçuruma yuvarlanan, hər bir beynəlxalq məclisdə Azərbaycan (eləcə də Türkiyə) tərəfindən küncə sıxışdırlan, sarsıdıcı siyasi-diplomatik zərbələrə məruz qoyulan vassal Ermənistanı, onun şimaldakı, cənubdakı, qərbdəki, şərqdəki havadarlarını qıcıqlandırmaya, qəzəbləndirməyə bilməz və bilmir. Hər vəchlə, hər yolla, hər fitnəkarlıqla bunu önləməyə, buna mane olmağa çalışırlar, ən murdar vairantlara, ssenarilərə əl atırlar…

Xüsusilə də, sərhəddin Tovuz istiqamətində nöbvəti təxribatlarından sonra ağız-burunları yaxşıca ovulan, əzişdirilən, böyük itkilər verməyə məruz qalan işğalçı və təcavüzkar ölkə və onların havadarları artıq hərb, diplmotiya meydanında Azərbaycanla heç cür bacara bilmədiklərini və bilməyəcəklərini anladıqları üçün daha təhlükəli, daha hiyləgər ssenariyə əl atmaq qərarı veriblər.

Yeni “çalar”da və növbəti dəfə məzlum və zavallı əbasına bürünüb, yenidən dünyanın gözünü boyamaq, Azərbaycanın üzərinə “ikinci Sumqayıt” təxribatını, fitnəkarlığını atmaq, onu bulaşdırmaq, başını qarışdırmaq istəyirlər…Ona görə də xaricdə yaşayan soydaşlarımız, vətəndaşlarımız, həmvətənlərimiz, diaspor təşkilatlarımız son dərəcə ayıq-sayıq, ehtiyatkar, diqqətli olmalı, həm özlərinin, həm də bütövlükdə Azərbaycanın tələyə düşməsinə, oyuna gəlməsinə, bəlli mərkəzlərin çirkin “layihə”lərinin baş tutmasına imkan və şərait yaratmamalıdırlar.

Qətiyyən və qətiyyən!

Eyni zamanda, bəzi sosial şəbəkə istifadəçilərimiz son dərəcədə məsuliyyətli, təmkinli, səbrli olmalıdırlar, soydaşlarımızı xoşagəlməyən və sonu görünməyən hadisələrə təhrik etməməlidirlər.

Görünür ki, qələbə, zəfər yaxındadır, yaxınlaşır.

Odur ki, qələbəyə, zəfərə gedən yolda heç bir büdrəmə, heç bir ani səhv, heç bir çaşqınlıq olmamalıdır və hədəfimizə çatana qədər, Qələbəmizi rəsmiləşdirənə qədər soyuqqanlılığı, təmkini itirməməliyik.

Qələbə bizimdir, Qələbə bizimlədir, Qələbə bizim olacaq!!!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İflasdan başını itirən işğalçı hər cür təxribata və hiyləyə əl atır…Son günlər dünyanın bir çox ölkələrində ermənilərin azərbaycanlılara hücumları, insanlara xəsarət yetirilməsi də bu hiylə və təxribatın tərkib hissəsidir…”-SABİR RÜSTƏMXANLI

Read Next

Həmsədrlər növbəti-BƏYANAT YAYDILAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir