“Görüş yerinə gələndə məlum oldu ki…” – AYDIN MİRZƏZADƏ

Bu gün Mingəçevirdə yaşayış kvartallarının birində seçicilərlə qrafik üzrə növbəri görüşüm olmalı idi.

Etikxeber.az xəbər verir ki, bunu 4 dəfə millət vəkili olan və 5-ci dəfə deputatlığa namizəd, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü və partiyanın şöbə müdiri, Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, görüş yerinə gələndə məlum olub ki, qonşu bina qarşısında yas mağarı qurulub.

“Görüş iştirakçılarına gəldiklərinə görə təşəkkür etdim, amma yasa görə görüşün təxirə salındığını bildirdim.Qeyd etdim ki, bir azərbaycanlı kimi, hətta, tanımasam belə, yasda iştirakı əhəmiyyətli sayıram. Yas yerinə gedib yas sahibinə başsağlığı verdim və məclisdə iştirak etdim”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Məmmədovun seçicilərlə görüşləri – NECƏ KEÇİR? – FOTOLAR

Read Next

Eldəniz Səlimov bu dəfə kimlərlə- BİR ARAYA GƏLDİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir