“Göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk…” – ƏRDOĞAN – FOTO

Ankara və Vaşinqton  Suriya və İraqda birgə addımların variantlarını nəzərdən keçirirlər.

Etikxeber.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı deyib.

“Biz Suriya və İraqda göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk” – deyə, Ərdoğan bildirib.

Türkiyə lideri qeyd etdiyi səylərin mahiyyətini açıqlamayıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin terrorçuların İraq ərazisindəki mövqelərinə zərbələr endirməsinə etiraz edib. Vaşinqton iddia edir ki, bu cür zərbələr rəsmi Bağdadla razılaşdırılmalıdır.

Rəsmi Ankara isə, öz növbəsində, ABŞ-ın Suriyadakı  PYD/YPG kürd terror qruplaşmalarına dəstək verməsinə dəfələrlə etirazını bildirib.

Etikxeber.az

Read Previous

“…Adamlar deyirlər ki, bu, “Allah vergisi”dir…” – MEHRİBAN ƏLİYEVA – FOTO

Read Next

3 qadın, 1 kişi taekvandoçumuz qələbə ilə başladı…YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir