“Götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq…”-MM-İN KOMİTƏ SƏDRİ ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI DƏYİŞİKLİKLƏRƏ AYDINLIQ GƏTİRDİ

Bu ilin əvvəlində dövlət başçısı ünvanlı sosial yardıma daha çox insanların cəlb edilməsi üçün hökumətə tapşırıqlar verib.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, dəyişikliklərin hamısı mütərəqqi xarakter daşıyır.

“Bu, vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir. Ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olması hissəsi bu layihə ilə ləğv edilir. Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla, ünvanlı sosial yardım almaq üçün müraciət oluna biləcək. Həmçinin yeni layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qalxmasına xidmət edəcək. Artıq daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək. Yeni layihədə müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Artıq müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarında da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq” – deyə, M. Quliyev qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi sahəsinə kiçik pay torpaqları olan insanların da daxil edilməsini təklif edirəm”-ƏLİ MƏSİMLİ

Read Next

“Əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq…”-Prezident – İlham Əliyev və Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında-YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir