Gövhər Baxşəliyevadan etiraz: “BU, NAMƏRDLİKDİR”

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniya həyata keçirən şəxslərə cavab verib. 

Etikxeber.az xəbər verir ki, G. Baxşəliyeva Sfera.az-a açıqlamasında bildirib ki, vətəndən incik düşərək xaricdə Azərbaycanı baltalamaq və ona qarşı qarayaxma kampaniyası aparmaq vicdana sığmayan hərəkətdir:
gövherrr
“Bu, bizim milli-mentalitetimizə və xalqımıza yaraşmayan hərəkətdir. Çox adam incik ola bilər. AmMa vətəndən incimək olmaz. Hətta, xaricdə Azərbaycana qarşı çıxışlar edən Tural Sadıqlı və digər şəxsləri kimsə incik salsa belə, bunu ölkə əleyhinə kampaniyaya çevirmək namərdlikdir. Vətəni, dövləti və onun atributlarını söymək namərdliyin son həddidir”. 
Akademik qeyd edib ki, insan hər zaman Vətən uğrunda mübarizə aparmalıdır:
“Bilirsiniz, 1950-1960-cı Türkiyə Respublikasının 10-cu baş naziri olmuş Adnan Menderes hərbi çevriliş nəticəsində devrilərək edam edilib. Ondan sonra hakimiyyətə gələn hərbiçilər Adnan Menderesə məhkəmə quraraq, edam ediblər. Edamdan əvvəl məhkəmə salonunda son söz alan Adnan Menderes deyib ki, “mənə verilən edam hökmü Vətənim üçün xeyrli olsun”. Yəni, “hətta mənim ölümüm belə vətənimə xeyr gətirsin” prinsipi və amalı ilə yaşamaq lazımdır”. 
Xatırladaq ki, Tural Sadıqlı AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olub. 
Etikxeber.az

Read Previous

“Köç etmək istəyən əfqan qaçqınların sayı 1 milyon 500 min nəfərdən artıqdır ki…” – YILDIRIM

Read Next

Rəsmilər hansı seçki məntəqəsində səs verəcək? – APRELİN 11-DƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir