Gövhər Baxşəliyeva İƏT Pİ-də Qarabağdan danışdı və… – FOTOLAR

İƏT Pİ “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə qəbul etdi

Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü sessiyası başa çatıb.

Etikxeber.az xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.

Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə qəbul edilib.

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycan  münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verib.

IET-13

O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə və qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətdarlığını bildirib.

IET-14

IET-12

Etikxeber.az

Read Previous

İnkişafın, tərəqqinin əksini tapdığı hesabat – MİLLƏT VƏKİLİ BELƏ DƏYƏRLƏNDİRDİ

Read Next

Ronaldo “ən yaxşı” oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir