Göyçayın sonuncu İkinci Vətən Müharibəsi Şəhidi-HƏSƏN BAYRAMOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR… – FOTOLAR

Göyçay rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Həsən Ağaisa oğlu Bayramovun doğum günüdür.

Həsən Bayramovun bu gün 23 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Həsən Bayramov 2001-ci ilin iyun ayının 22-də Göyçay şəhərində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

Xidmətinin başa çatmasına cəmi üç ay qalmış İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun, 1 il 3 ayın Əsgəri kimi döyüşlərə atılıb.

Şərəfli döyüş yolu cəmi 5 gün çəkib.

Oktyabrın 1-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini uzun müddət tapmaq mümkün olmayıb.

Yalnız 2 ay 12 gündən sonra nəşini əldə etmək mümkün olub və dekabr ayının 13-də Göyçay rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycanda daha bir neçə rayonda qurbanlar kəsib paylayacağıq”- ROSTOV REGİONAL İCTİMAİ TƏŞKİLATI “UMMA AZƏRBAYCAN” MƏDƏNİYYƏT VƏ TƏHSİL BİRLİYİ – FOTOLAR

Read Next

Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir