Göydələnlərin sayına görə ilk beşliyə hansı ölkələr və şəhərlər daxildir?

“Skaysrapercenter” şirkətinin dünyada ən çox göydələni olan ölkələrə həsr olunmuş araşdırmasının nəticələrinə əsasən Birləşmiş Ərəb Əmirlikləri göydələnlərin sayına görə ilk beşliyə daxil olub.

BƏƏ-nin Dubay şəhəri 464 göydələni ilə 5-ci yeri tutub.

Etikxeber.az-ın xəbərinə görə, araşdırma nəticəsində ilk sırada ABŞ-ın Nyu-York şəhəri yer alıb və bu şəhərdə 1548 göydələn var.

İkinci sırada Çinin xüsusi inzibati bölgəsi Honkonq şəhəridir. Orada göydələnlərin sayı 922-dir. ABŞ-ın daha bir şəhəri – Çikaqo 566 göydələni ilə 3-cü sırada yer alıb.

Kanadanın Toronto şəhərində isə 529 göydələn qeydə alınıb və bu şəhər siyahıda 4-cü sıranı tutub.

Etikxeber.az

Read Previous

Alissonla Ederson ilin qapıçısı adına üç əsas namizəd arasındadır

Read Next

Lemina “Qalatasaray”da, Hernandes “Sevilya”da…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir