“Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə də üz-üzə qoydu…”-NAQİF HƏMZƏYEV

Koronavirus pandemiyası bir anda dünyamızın nizamını dəyişdirdi. Ölkələr bir-birlərinə qapılarını bağladı, kütləvi tədbirlər təxirə salındı, iqtisadi əlaqələr məhdudlaşdırıldı. “Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə də üz-üzə qoydu.

Etikxeber.az-ın xəbərinə görə, bunu Gəncəni parlamentdə təmsil edən millət vəkillərindən biri Naqif Həmzəyev deyib.

“Dünyanın aparıcı ölkələrinin belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtardığı vaxtda beyinlərdə bir sual dolaşır: Postpandemiya dövrünün reallıqları, çağırışları necə olacaq? Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 22-23 may tarixlərində “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçiriləcək videokonfransda Sizi maraqlandıran suallara aydınlıq gətirilməsinə çalışılacaq…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Şuşada “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyil”-XİN

Read Next

“Təhlükə hələ tam sovuşmayıb və…”-Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu-KEÇİRDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir