“Gözəgörünməz düşmən üzərində də Qələbə qazanacağıq…Bunu da bacaracağıq, bu bəladan da, bu düşməndən də xilas ola biləcəyik!”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİNƏ VƏ ÖLKƏ VƏTƏNDAŞLARLNA ÇAĞIRIŞ ETDİ

Millət vəkili Eldəniz Səlimov koronavirus pandemiyası ilə bağlı növbəti dəfə seçicilərinə və ölkə vətəndaşlarına müraciət, çağırış edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Əziz seçicilərim, əziz xalqım!

Artıq son günlərdə nəinki dövlətimizi, hətta dünyanı öz cənginə alan covid-19 virusunun yoluxma sayında gözəçarpan azalma müşahidə olunur. Bu, çox sevindirici haldır. Bunu hər birimizin uğuru kimi saymaq olar.

Lakin qətiyyən, arxayınlıq hissinə qapılmaq olmaz. Yadda saxlamaq mütləqdir ki, yoluxma sayının azalması qəti şəkildə qoyulmuş qadağaların və bizim bu məsələyə həssas, məsuliyyətlə yanaşmamızın nəticəsidir. Mən əminəm ki, bir müddət bu vəziyyəti qoruyub, saxlaya bilsək, böyük bir nailiyyət əldə etmiş olarıq. Dövlətimiz də ilk gündən, ilk aylardan bu yöndə öz tədbirlərini görməkdədir.

Yoxlama postlarında vətəndaşlar mütəmadi yoxlanışdan keçir, bütün mərkəzi və ara küçələrin xüsusi dezinfektan məhlullarla dərmanlanması prosesi gedir. Artıq bundan sonra biz daha da dözümlü və diqqətli olmalıyıq. Çünki bildiyimiz kimi, ÜST-ün verdiyi məlumata görə, virusun ikinci dalğası yayılmaqdadır. Artıq Avropa ölkələrinin bir çoxunun virusun yayılmasından və insan ölümlərinin armasından əziyyət çəkdiyi göz qabağındadır.

Təəssüflər olsun ki, onlar bu bəla ilə mübarizə aparmaqda çətinlik çəkirlər. Görünməyən düşmən üzərində qələbə üçün yalnız məsuliyyətli olmaq, yenə də qoyulan qadağa və verilən tövsiyələrə əməl etmək lazımdır. Əgər, biz də arxayınlaşsaq, bizim də gələcəyimiz heç də Avropa ölkələrindən fərqli olmayacaq. Bu acınacaqlı vəziyyətə düşdükdən sonra bundan qurtulmağın yolu olmayacaq.

Onun üçün də dəfələrlə xalqa müraciət edir, məsləhət görür və vətəndaşlarımızdan tələb edirik ki, qoyulan bütün qadağalara düzgün şəkildə riayət etsinlər. Bunun üçün heç də çətin olmayan çox sadə üsullar var. Zərurət olmadıqca evdən çölə çıxmamaq, tibbi maskadan istifadə etmək, ara məsafəsini qorumaq və tibbi spirtdən istifadə etmək.

Hər birimiz çalışıb immunitet sistemimizi möhkəmləndirməliyik ki, vücudumuzun virusa qarşı müqaviməti olsun.

Allah bugünlərdə hər birimizin yardımcısı olsun!

Biz bir müddət öncə başqa bir virus, erməni virusu, açıq düşmən üzərində möhtəşəm Qələbə, Zəfər əldə etdik.

Cəmi 44 günlük İkinci Vətən Müharibəs ilə düşmənin belini qırdıq, “Dəmir Yumruq”la başını əzdik, onu məğlubiyyətə uğratdıq, qarşımızda diz çokdürdük, təslim etdik. 32 illik qanlı münaqişəyə birdəfəlik son qoyduq.

Bunu biz özümüz-öz gücümüzlə, öz milli birliyimizlə, öz milli həmrəyliyimizlə bacardıq, etdik, qazandıq.

Biz gözəgörünməz düşmən üzərində də Qələbə qazanacağıq. Bunu da bacaracağıq, bu bəladan da, bu düşməndən də qurtula, xilas ola biləcəyik.

Bunu da yenə öz gücümüzlə, öz məsuliyyətimizlə, öz həmrəylimizlə, öz birliyimizlə edəcəyik.

Hər kəsi də bir daha məsuliyyətə, birliyə və həmrəyliyə çağırıram. Biz birlikdə güclüyük!”

Etikxeber.az

Read Previous

“Bunlar İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir…”-ELDAR İBRAHİMOV

Read Next

Şəhidin qardaşı oğlu, Milli Qəhrəmanın qohumu-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN QAZİSİ – RUSLAN ƏLİYEV… – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir