Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
12 iyulda Ermənistanın Tovuzla sərhəddə törətdiyi hərbi təxribat Moskva tərəfindən açıq dəstək almasa da (hərçənd ki, təcəvüzkar dövlət buna çalışır və ümid edirdi ), Rusiyanın hava yolu ilə ermənilərə 400 ton silah -sursat göndərdiyi məlumdur.
Həmin günlərdə Şimal qonşumuzun ermənilərə verdiyi ən böyük dəstək hökumətə yaxın telekanallarda, kütləvi informasiya vasitələrində, saytlarda antiazərbaycan təbliğatının yenidən işə salınması oldu.
Bu kampaniya hələ də durdurulmayıb. Bu günlərdə Rusiyanın məşhur “Nezovisimaya qazeta” nəşrində “Suriyalı yaraqlılar Azərbaycanda blitskriqə(ildırım sürətli müharibə – M.S) hazırlaşırlar” başlıqlı məqalə də həmin çirkin məqsədlərə xidmət edir.
Heç bir arqumentə söykənməyən qəzet milyonlarla oxucusunu inandırmağa çalışır ki, guya Naxçıvanda artıq Türkiyənin döyüş təyyarələrinin də gətirildiyi hərbi bazası yaradılıb və əsasən türkmənlərdən ibarət olan 500 suriyalı döyüşçü də orada yerləşdirilib.
Doğrudur, ölkəmizin Müdafiə və Xarici işlər nazirlikləri dərhal məqalədəki faktları təkzib edərək onların həqiqət olmadığını bildirmişlər. Lakin söhbət ondan getmir. Biz müstəqil dövlətik. İstədiyimiz ölkə ilə əlaqə qurmaq, əməkdaşlıq etmək, hətta birgə hərbi bazalar qurmaq haqqımızdır, daxili işimizdir. Dövlətimizin, xalqımızın maraqları, təhlükəsizliyi nəyi tələb edirsə, ona gedə bilərik.
Əgər sabah Türkiyənin ölkəmizdə hərbi bazaları yaradılarsa, yaxud Azərbaycan əsgəri Türkiyəyə xidmətə yollanarsa,bu, heç kəsi düşündürməməli, təəcübləndirməməlidir. Biz bir ananın evladları olan eyni xalqıq. Bütün dünya da görür ki,Türkiyə ilə əlaqələrimiz “Bir millət, iki dövlət ” prinsipi üzərində inşa edilib. Suriyadakı türkmən qardaşlarımız gəlib bizimlə çiyin -çiyinə haqq işimiz uğrunda vuruşacaqlarsa, buna da heyrətlənmək lazım deyil.
Bu, normaldır. Sabah qazax, qırğız, özbək,tatar, başqırd, çuvaş və digər türkəsilli qardaşlarımızın bizə dəstək verməsi də mümkündür. Yetər ki, çağırış edək! Suriyalı, livanlı, amerikalı, fransalı ermənilərin Qarabağda xalqımıza qarşı soyqırımda,təcavüzdə iştirakı niyə rus mətbuatının, dünya KİV -lərinin diqqətini çəkmirdi? Türkiyənin və Türk dünyasının bizə verdikləri,verəcəyi hər cür dəstək bütün mənəvi və hüquqi normalara uyğundur.
Anormal və cinayət olan odur ki, rus əsgərləri Qafqazda, Rusiyadan 10-15 min kilometr uzaqlarda- Suriyada, Liviyada,Afrikada Moskvanın maraqlarını qorumaq adı altında fitnə -fəsadlar yaradır, müharibə ocaqlarını alovlandırır, dinc əhalini qırıb -çatırlar. Moskva öz xalqının qeydinə qalsaydı, onu Ural dağlarından Şərqə uzanan nəhəng torpaqlarının getdikcə boş qaldığı qayğılandırardı. Çinli mühacirlər olmasaydı, bəlkə də o nəhəng çöllərdə ayılardan, vəhşi heyvanlardan savayı ins -cins qalmazdı.
Yaxud fransız əsgərlərinin Parisdən çox -çox aralıda – Afrikanın cəngəlliklərində, Aralıq dənizinin ənginliklərində nə işi var? Nə haqla Türkiyənin önünə çıxırlar? Gedib öz gələcəkləri barədə düşünsünlər. Elmi araşdırmalara görə,yaxın bir neçə on ildən sonra bu ölkədə fransız kökənli,bu millətin genini daşıyacaq bir nəfər belə qalmayacaq – doğub, törəyə bilmirlər.
Gözləri mədələrindən böyük olan dövlətlər bilməlidirlər ki, imperiyaların sonudur.
Bütün imperiyaların çökməsi qaçılmazdır!
O günə hazırlasınlar.
“Nezovisimaya qazeta ” bu barədə yazsa, daha aktual və özləri üçün faydalı olar.
Mayis SƏFƏRLİ,
Sabiq deputat
Etikxeber.az