Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir Şəhid ailəsində gözəl gündür…
Daha bir Nur üzlü Qəhrəman Şəhid ailəsində toydur…
Mənim üçün əzizdən əziz, doğmadan doğma olan Ədilovlar ailəsində şadyanalıqdır…
Əzizə və Həsən Ədilovların şad gündür…
Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və subay oğlu, Bərdəli, Cəyirlili Səid Ədilovun tək bacısı Nərmin xanımın tək oğlan övladı Fəridin, orta məktəb şagirdi Fərid balamızın kiçik toyudur…
Toy mərasimi bu gün axşam saatlarında Bərdənin ən gözəl məkanlarından olan “Gold Mətin”də baş tutacaq…
Və çox təəssüflər və əfsuslar olsun ki, bu gün obyektiv səbəblərdən mənim üçün, doğma, əziz Ədilovların ailəsinin yanında ola bilməyəcəm, onların şad günündə iştirak edə bilməyəcəm…
Gerçəkdən də çox üzgünəm…
Amma həm də sevincliyəm…
Çünki bu gün Ədilovlar ailəsi-Əzizə və Həsən Ədilovlar, qızları Nərmin xanım gözəl bir gün yaşayırlar və yaşayacaqlar…
Bu gün-19 iyun 2024-cü il tarixi bir ömür boyu onların yaddaşından, hafizəsindən silinməyəcək…
Cünki balaca, doğma Fəridləri bu gün əsl müsəlman olur…
Gözləri aydın olsun!
Gün o gün olsun, balaca Fərin böyük toyunu, nəvə-nəticə sahibi olduğu günləri görsünlər!
Balaca Fəridə-gələcəyin İgid, Qəhrəman oğluna baxıb hər daim Fəxr etsinlər, Qürur duysunlar!
Gözünüz, gözləriniz bir daha aydın olsun, Əzizə Ana, Həsən Ata!
Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az