“Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi – KARLSEN

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, 11 turdan 8 xal toplayan norveçli dünya çempionu Maqnus Karlsen turnirin qalibi olub.

Amerikalı şahmatçılar Uesli So 7 xalla ikinci, Fabiano Karuana 6 xalla üçüncü yerləri tutublar. Son turda çinli Dinq Liren ilə heç-heçə edən təmsilçimiz Şəhriyar Məmmədyarov 4,5 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyasının birinci mərhələsi mayın 6-dan 13-dək Fil Dişi Sahilinin paytaxtı Abicanda keçirilib.

Blitz və rapid üzrə keçirilmiş turnir dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə nəticələnib. Turnirin sonrakı mərhələləri – iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq.

Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.

Etikxeber.az

Read Previous

Azay Quliyevin 2-ci müddətə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə namizədliyi dəstəkləndi

Read Next

Braziliya 9-cu dəfə Amerika kubokunu qazandı, ABŞ 4-cü dəfə dünya çempionu oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir