GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək

Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə  GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib.

Görüşdə Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Ukrayna, Gürcüstan və Moldovanın Baş nazirlərinin iştirak edəcəyi görüşdə 2020-ci ildə Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr, GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafı müzakirə ediləcək.

Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.

Etikxeber.az

Read Previous

YAP namizəd müəyyənləşdirərkən nələrə fikir verəcək? – ƏLİ ƏHMƏDOV AÇIQLADI

Read Next

İlham Əliyev Maksim Oreşkini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir