“Azərbaycan GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edib”.
Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM PA-nın Bakıda keçirilən 9-cu sessiyasında bildirib.
Nazir qeyd edib ki, GUAM-a üzv ölkələr – Ukrayna, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşib. GUAM-ın nüfuzunun gündən günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib:
“GUAM-a üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal və münaqişə faktından qurtulmalıdır. GUAM-a üzv olan 4 ölkə demək olar ki, oxşar problemdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlığı daha da gücləndirməliyik. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq”.
Etikxeber.az