Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
GUAM getdikcə daha cəlbedici təşkilata çevrilir və beynəlxalq əməkdaşlığın daha yüksək səviyyəsinə çıxır.
Etikxeber.az-ın məlumatına görə, bunu GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Parlament Assambleyasının doqquzuncu sessiyasının açılışında qurumun baş katibi Altay Əfəndiyev deyib.
Çıxışı zamanı baş katib GUAM-ın gələn il üçün prioritetlərini açıqlayıb:
“İlk növbədə GUAM ərazisində mövcud münaqişələrin həlli üzrə səyləri birləşdirmək və bu gün bütün dünya ölkələrinin qarşılaşdığı təhlükə və çağırışlara müqavimət göstərmək lazımdır”.
A.Əfəndiyev qeyd edib ki, GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və bu təşkilat çərçivəsində üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də digər ölkələr tərəfindən üzv ölkələrin ərazilərinin işğal olunması faktı üzrə vahid mövqedən çıxış etməlidirlər.
Etikxeber.az