GÜC OLMAĞIN TƏK YOLU – Rafael Hüseynov yazır

Allah bu gözəl əsərini, bu ağıllı balanı qorusun!

Dünyadakı ən böyük fatehlik parlaq zəkaya bağlıdır!

Bu uşaq bu bir neçə dəqiqə ərzində nə “Azərbaycan” dedi, nə “millətimi, Vətənimi sevirəm” söylədi, nə bayraq qaldırdı.

Amma bu balaca uşaq dilə gətirdiyi adicə rəqəmlərlə, hər cavabı ilə millətimizi də ucaldırdı, Azərbaycanımızı da yüksəldirdi, bayrağımızı da dalğalandırırdı.

Və mən qəhərlənirdim…

Oxumaq, oxumaq, öyrənmək, öyrənmək, biliklənmək, biliklənmək…

Bir millət və məmləkət olaraq bizim istənilən düşməndən qorunmağımızın, istənilən maneələri aşmağımızın, bütün sabahlar içində ayaq üstə, vüqarla dayana bilməyimizin tək və ən düz yolu budur!

İçərisində zərrəcə işıq olan və lap bizə ən kinli münasibət bəsləyən də bu 6 yaşlı uşağın dərrakəsi önündə əriməzmi, baş əyməzmi, məğlub olmazmı?

Bəs bu cür parlaqlar təhsilimizin səviyyəsinin, dərsliyimizin keyfiyyətinin, insanlarımızın biliyə canatmasının arzuladığımız üfüqlərə yetişəcəyi təqdirdə Azərbaycan boyu hər evdə böyüsə, biz hansı qüdrətə çevrilərik?!

Millətimizə o gələcək (və hökmən gəlməli) xoşbəxt günlərin sözə sığmayan məsudluq və iftixardan doğan qəhəri nəsib olsun!

Və Nizami deyən düstur yenə gücündədir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eləyə bilməz!

GÜC OLMAĞIN TƏK YOLUAllah bu gözəl əsərini, bu ağıllı balanı qorusun!Dünyadakı ən böyük fatehlik parlaq zəkaya bağlıdır!Bu uşaq bu bir neçə dəqiqə ərzində nə "Azərbaycan" dedi, nə "millətimi, Vətənimi sevirəm" söylədi, nə bayraq qaldırdı.Amma bu balaca uşaq dilə gətirdiyi adicə rəqəmlərlə, hər cavabı ilə millətimizi də ucaldırdı, Azərbaycanımızı da yüksəldirdi, bayrağımızı da dalğalandırırdı.Və mən qəhərlənirdim…Oxumaq, oxumaq, öyrənmək, öyrənmək, biliklənmək, biliklənmək…Bir millət və məmləkət olaraq bizim istənilən düşməndən qorunmağımızın, istənilən maneələri aşmağımızın, bütün sabahlar içində ayaq üstə, vüqarla dayana bilməyimizin tək və ən düz yolu budur!İçərisində zərrəcə işıq olan və lap bizə ən kinli münasibət bəsləyən də bu 6 yaşlı uşağın dərrakəsi önündə əriməzmi, baş əyməzmi, məğlub olmazmı?Bəs bu cür parlaqlar təhsilimizin səviyyəsinin, dərsliyimizin keyfiyyətinin, insanlarımızın biliyə canatmasının arzuladığımız üfüqlərə yetişəcəyi təqdirdə Azərbaycan boyu hər evdə böyüsə, biz hansı qüdrətə çevrilərik?!Millətimizə o gələcək (və hökmən gəlməli) xoşbəxt günlərin sözə sığmayan məsudluq və iftixardan doğan qəhəri nəsib olsun!Və Nizami deyən düstur yenə gücündədir:Qüvvət elmdədir, başqa cür heç kəs,Heç kəsə üstünlük eləyə bilməz!

Опубліковано Rafael Huseyn Неділя, 8 грудня 2019 р.

Rafael HÜSEYNOV,

Millət vəkili, Akdemik

Etikxeber.az

Read Previous

“Palatanı göz yaşlarımızı silərək tərk etdik…”-TAHİR RZAYEV VƏ AZƏR BADMOV YEVDA ABRAMOVUN SON GÜNLƏRİNDƏN DANIŞDILAR

Read Next

Zəlzələ – BU DƏFƏ LƏNKƏRANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir