Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Güclü külək paytaxtda və bəzi rayonlarda bir sıra fəsadlar törədib.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 32 ünvanında ağac küləyin gücündən həyətdəki iki avtomobilin üstünə aşıb.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Bakının Xətai rayonunda da bədbəxt hadisə baş verib.
Yeni Günəşli qəsəbəsində küləyin təsirindən dəmir qapı aşaraq oradan keçən qadının üzərinə aşıb.
Ağır xəsarət alan 1971-ci il təvəllüdlü Nəbiyeva Nurlana Ağamalı qızı dərhal 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Bununla yanaşı, Goranboyda yağışla müşayiət olunan güclü külək rayonun bir sıra kəndlərində fəsad törədib.
Rayonun Məşədiqaralar kəndində elektrik hava xəttində baş verən qısaqapanma yanğına səbəb olub.
Küləyin yaratdığı problemlər bir sıra kəndlərdə rabitə təsərrüfatına da ziyan vurub və müəyyən istiqamətlərdə telefon və internet xidmətlərində fasilələr yaranıb.
Etikxeber.az