Güclü külək: qatar və avtobus səfərləri təxirə salındı… – FOTO

Birləşmiş Krallıqda güclü külək bir çox bölgələrdə həyatı iflic edib.

Etikxeber.az xəbər verir ki, Eleanor adlandırılan qasırğa Britaniyada bir sıra fəsadlar törədib.

Belə ki, Şimali İrlandiyada 3 min, İngiltərədə 2 min 700, Uelsdə isə 460 evə elektrik verilişi dayandırılıb. Bundan başqa, ağacların yerindən qopması və nəqliyyat vasitələrinə çırpılması nəticəsində bir çox insan xəsarət alıb. Qatar və avtobus səfərləri təxirə salınıb.

Britaniya Meteorologiya Ofisindən verilən məlumata əsasən, Eleanor qasırğası saatda 160 kilometr, bəzən daha sürətlə hərəkət edir.

Qasırğanın növbəti günlərdə də davam edəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

“Eleanor” Fransada nəqliyyatı iflic etdi…

Read Next

“Nə çatı, nə baca, nə də pəncərə, qardaşım: 2019-da namizədəm!” – AKŞƏNƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir