Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son üç gündə Əfqanıstanda güclü qar yağması nəticəsində 54 nəfər həlak olub, 52 nəfər isə xəsarət alıb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Etikxeber.az adıçəkilən agentliyə istinadən xəbər verir ki, şaxtalar və qar uçqunları ölkənin əsasən 22 əyalətində qeydə alınıb. Son məlumatlara görə, əlverişsiz hava şəraiti nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara tələf olub.
Hakimiyyət qurbanların sayının artacağından narahatdır. Çünki xilasedicilər ən çox zərər çəkmiş rayonlara hələlik çata bilməyiblər.
Etikxeber.az