“Güclülər, nəhənglər imtahandan “2” aldılar, kəsildilər…”-DEPUTAT

Dünyanı və onun tərkib hissəsi, bir parçası olan ölkəmizi qəfil yaxalayan koronavirus infeksiyası, koronavirus pandemiyası bir çox məsələləri, bir çox mətləbləri qabarıq şəkildə üzə çıxardı. O baxımdan ki, hansı dövlətin bu bəlanın qarşısını almağa özünü necə səfərbər etdiyini, sözdə deyil, əməldə nələr qadir olduğunu açıq-aşkar şəkildə ortaya qoydu. Son 3-4 ayda yaşananlar və davam edənlər bir çox aparıcı və nüfuzlu dövlətlərin, xüsusilə də, dünyaya ağalıq etmək iddiasında olanların, demokratiyadan, insan haqlarından dərs keçənlərin bir çox əyər-əskiklərini, az qala bu bəlanın qarşısında acız qaldıqlarını çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirmiş oldu.

Həmin ölkələrdə yaşananlar, yoluxma və ölüm faktlarının çoxluğu, tibbi personalın, tibb mütəxəssislərinin, tibbi ləvazimatların, maskaların, spirtlərin və sair çatışmazlığı və sar məqamlar deyilənlərlə reallıqların üst-üstə dümədiyini, uzlaşmadığını hər kəsə göstərdi. Bəli, silah-sursat, maliyyə, əhali və ərazi cəhətdən güclü, böyük olmaq hələ tam mənada güclü olmaq demək deyil. Güclü olmaq istənilən qəfil situasiya, fors-major vəziyyətlər qarşısında özünü itirməmək, özünü səfərbər edə, insanının, vətəndaşının yanında ola bilməkdir. Çox təəssüflər olsun ki, həmin güclülər, həmin nəhənglər bu imtahandan “2” aldılar, kəsildilər.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, amma bununla belə, bu ağır bəla, ağır və çətin imtahan qarşısında özünü itirməyənlər, bir andaca toparlananlar, özlərini səfərbər edənlər, bu bəla ilə sistemli və kəskin mübarizə aparanlar da oldu, tapıldı. Bunların sırasında isə tam əminliklə və qətiyyətlə demək olar ki, ölkəmiz birincilərdən və birinci oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş və müdrik siyasəti, görülmüş işlər, atılmış addımlar nəticəsində ölkəmizdə koronavirus pandemiyasının genişlənməsinin və təhlükəli həddə çatmasının qarşısı alnmış oldu.

“Düzdür, bizdə də yoluxanlar, bu bəladan dünyasını dəyişənlər var, amma bununla belə, sağalaraq ailələrinə qovuşan, normal həyatlarına qayıdan insanlar da yüzlərlədir. Ən əsası isə bizdə bu bəlanın kütləvi hal ala bilməməsi, Azərbaycan dövlətinin öz vətəndaşını, öz insanı qoruya bilmək üçün bütün addımlara getməsidir. Son 3 ayda atılan addımlar, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, dövlət büdcəsindən vəsait ayrılması, ianələr köçürülməsi, ölkə başçısının bilavasitə tövsiyə və tapşırığı ilə Nazirlər Kabineti tərəfindən “Tədbirlər Planı”nın hazırlanması, açıqlanması, icraya yönəldilməsi, əvvəl bir milyardlıq, sonra əlavə 2, 5 milyard manatlıq sosial paketin ortaya qoyulması, xəstəxanların açılışı, tibbi maskalar istehsal edən müəssisələrin işə salınması, Türk Şurası, Qoşulmama Hərəkətı ilə Zirvə görüşlərinin və sair önəmli tədbirlərin keçirilməsi deyilənlərin əyani təsdiqidir. Bu misalların sayını artırmaq da olar, amma el məsələnində də deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?! Hər şey göz qarşısındadır.

O cümlədən, bu bəlaya qarşı mübarizədə ölkəmizin bir çox ölkəyə və beynəlxaql quruma dost əlini uması, maliyyə yardımı göstərməsi də Azərbaycanın nə qədər güclü və qüdrətli bir ölkə olmasının əyani təcəssümüdür. Ümumiyyətlə, Azərbaycan tək indi deyil, bunda əvvəllər də çətin iqtiasadi durumla üzləşən ölkələrə öz yardım, dostluq, qardaşlıq əlini uzadıb. Serbiyaya, Macarıstana, Belarusa, Gürcüstana və başqa ölkələrə edilən yardımlar bunun bariz nümunəsidir. Bunlar bir daha onu göstərir Azərbaycan sözdə deyil, əməldə, işdə müttəfiq, tərəfdaş, dostdur. Bu baxımdan, ölkəmizin bu çətin günlərdə də bir çox ölkəyə və beynəlxalq quruma yardım etməsi təsadüfi və gözlənilməz sayıla bilməz. Dövlət başçımızın da Dövlət Televiziyasına müsahibəsində vurğuladığı kimi, çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır.

“Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”-deyən ölkə Prezidenti bir daha həm ölkəmizin, həm xalqımızın, həm də özünün gücünü, qüdrətini hər kəsə nümayiş etdirdi.

Bəli, ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanımız çox şeylərə qadir olub, bu gün də qadirdir, sabah da qadir olacaq. Azərbaycan hər zaman öz dostlarının, müttəfiqlərinin, tərəfdaşların yanında olub, bu gün də olur, bundan sonra da olacaq. Bu, bizim yolumuz, bu, bizim dəyişməyən siyasətimiz, bu, bizim dəyərlərimizə sadiqliyimizdir…”-deyə, mətbuata açıqlamasında millət vəkili sözlərinə əlavə edib.

16:49

Etikxeber.az

Read Previous

“ŞƏHİD ABİDƏLƏRİMİZ-NATAVANIN, HACIBƏYLİNİN, BÜLBÜLÜN YERİ ŞƏHİDLƏR XİYABANIDIR”-JALƏ ƏLİYEVA

Read Next

“Bavariya” Noyerlə yeni müqavilə-İMZALADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir