“Gücün arxasında diplomatiya, diplomatiyanın arxasında güc dayanmalıdır…”-ELDƏNİZ SƏLİMOV

Bilirsiniz, gücün arxasında diplomatiya, diplomatiyanın arxasında güc dayanmalıdır, bunlar paralel şəkildə olmalıdır. Biri olub, bir olmayanda istənilən nəticəni əldə etmək mümkün deyil. Azərbaycan da Qarabağ münaqişəsinin həllində həm diplomatiyaya, həm də gücə-ordu quruculuğuna, ölkənin hərbi qüdrətinin artırılmasına ciddi şəkildə önəm verir. Həm diplomatik cəbhədə, həm də hərb meydanında savaşır və sözünü deyir.

Son illərdə yaşananları, istər diplomatiya cəbhəsində, istərsə də hərb meydanında baş verənləri-Aprel hadisələrini, Cünnüt, Qazax əməliyyatlarını, Valday, Aşqabad, Qoşulmama Hərəkatının, Türk Şurasının Bakı sammitlərini, Münxen Təhlükəsizlik Konfransını və sairəni göz önünə götürsək, mənzərə tam aydınlaşmış olar. Yəni, Qarabağ məsələsinin ədalətli və müsbət, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində Azərbaycan dövləti, Azərbaycan Ordusu, Azərbaycan diplomatiyası öz üzərinə düşən və gərəkən addımları atır və bundan sonra da atacaq.

Etikxeber.az-ın moderator.az-a istinadən xəbərinə görə, bunu millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev də bütün çıxışlarında Azərbaycanın münaqişənin həllində sülh danışıqlarına üstünlük verdiyini, eyni zamanda, işğal faktının aradan qaldırılması üçün hərb variantının da gündəmdə olduğunu dilə gətirib.

“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması üçün hər bir addım atılır. Heç təsadüfi deyil ki, ölkəmiz dünyanın 50 güclü orduya malik ölkələri sırasındadır. Bu, sıradan məsələ deyil. Yəni, Azərbaycan Ordusunun gücü-qüdrəti, hazırlığı, döyüş qabiliyyəti gündən-günə artır. Bu baxımdan da, Müdafiə nazirimiz cənab Zakir Həsənov son çıxışında bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin gücünə, qüdrətinə arxalanaraq, bu fikirləri qətiyyətli və birmənalı şəkildə bəyan edib.

Elə bilirəm ki, düşmən tərəf bundan lazımı nəticələr çıxarmalıdır. Çıxarmasalar, bunun çox ağır nəticələri, fəsadları ilə üzləşəcəklər, məğlubiyyətləri qaçılmaz olacaq. Bəli, biz bir daha münaqişənin qan tökülmədən, silahlar işə düşmədən həll olunmasında maraqlıyıq və bunu da öz əməli addımlarımızla hər kəsə göstəririk. İstəyirik ki, 32 ildən artıq davam edən münaqişə artıq həllini tapsın, Qarabağın işğalı faktına son qoyulsun.

Məkrli qonşularımız, işğalçı dövlət də bunu nə qədər tez anlasa və dərk etsə, daha yaxşı olar. Yoxsa, dediyim kimi, əks təqdirdə, bunun altını çəkməli olacaqlar. Bir sözlə, ordumuz nə qədər güclü olarsa, diplomatik cəbhədə, diplomatik savaşda da mövqelərimiz daha üstün, daha möhkəm və daha həlledici olar. Bütün işlər, addımlar da məhz bu istiqamətdədir. Bunların müsbət nəticələrini mütləq şəkildə görəcəyik”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etiikxeber.az

Read Previous

“İşğalçı dövlət sülh yolunu anlamasa, Azərbaycan sözdən əmələ keçəcək”-DEPUTAT

Read Next

“Liverpul” Vernerin transferini bitirmək-ÜZRƏDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir