Güləşçilərimiz Ukraynada 1 qızıl və 3 bürünc medal qazanıblar

Ötən həftə Ukraynanın Xmelniski şəhərində Əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə ikinci açıq respublika turniri keçirilib.

Etikxeber.az  xəbər verir ki, turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak ediblər.

Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalı yığmamıza 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub.

Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə ediblər.

Xatırladaq ki, Ukraynanın Əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin Olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.

Etikxeber.az

Read Previous

Növbəti depozit hərracı keçiriləcək

Read Next

Komandalarımızın dünya çempionatının ikinci seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir