Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya
Surəti
Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova,
Elm və təhsil naziri cənab Emin Əmrullayevə
Bərdə rayonunun Güloğlular kəndinin sakinləri tərəfindən
Müraciət
Hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirik ki, biz-Bərdə rayonunun Güloğlular kənd sakinləri hər zaman dövlətimizin, dövlətçiliyimizin, Ümummilli Liderimiz Heydər Əliyev və bu yolun layiqli, uğurlu davamçısı Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olmuşuq. Hər daim Ulu Öndərimiz və Müzəffər Ali Baş Komandanımızın həyata keçirdiyi siyasəti dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Eyni zamanda, cənab Prezidentin ən yaxın, ən sədaqətli silahdaşı kimi Sizin Azərbaycan dövləti və xalqın naminə gördüyünüz tarixi işləri, fədakarlıqları hər zaman yüksək qiymətləndirmişik və bundan sonra da qiymətləndirəcəyik. Sizin və rəhbəri olduğunuz Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı və çoxşahəli möhtəşəm layihələr hər birimizin ürəyincədir, hər biri müstəsna dərəcədə təqdirəlayiqdir. Çox sevinir və çox şadıq ki, yaşadığımız, sakini olduğumuz Güloğlular kəndi də Sizin diqqət və qayığınızdan kənarda qalmayıb.
Müasir və yüksək standartlara cavab verən Güloğlular kənd ümumi orta məktəbi məktəbi məhz Sizin əsərinizdir, Sizin Güloğlular camaatına hədiiyənizdir. Bu məktəb məhz Sizin təşəbbüsünüzlə çox yüksək səviyyədə tikilib-istifadəyə verilib. Allah Sizdən dönə-dönə razı olsun! Bir ömür boyu Sizə minnətdarıq!
Dəyərlimiz və əzizimiz Mehriban xanım!
Müraciət etməklə diqqətinizə çatdırmaq istəyirik ki, məktəbimizin adı hələ də yoxdur, kiməsinin adını daşımır. Bu baxımdan da Güloğlular kənd ümumi orta məktəbinə Zəfər və Qələbə Şəhidlərimizdən birinin adının verilməsini istəyirik. Qeyd edək ki, kəndimiz də İkinci Vətən Müharibəsinə, tarixi Qələbə və Zəfərimizə öz töhfələrini verib, kədimizin övladları da İkinci Qarabağ Savaşında iştirak edərək, fədakarlıqlar göstəriblər. Belə oğlullardan, Vətən sevdalısı Güloğlulardan da biri kəndimizin yeganə Şəhidi-İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadədir. Tək oğul Fəxri Qəribzadə anası tərəfindən təkbaşına, kirayələrdə və vətənpərvərlik ruhunda böyüdülüb, Vətən üçün yetişdirilib. Və bir Vətənpərvər, Vətən sevdalısı övlad olaraq, İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi iştirak edərək, Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb. Şəhidliyi ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb və əbədi olaraq həkk etdirib.
Ona görə istəyirik ki, kəndimizin məktəbinə Fəxri Qəribzadınin adı verilsin. Məktəbimiz bu adı Haqq edir. Sizdən də səlahiyyətləriniz daxilində bu məsələnin həllinə dəstək və köməklik göstərməyinizi, müvafiq qurumlar və şəxslərə tapşırıq və göstərişlər verməyinizi xahiş və rica edirik. İnanır və əminik ki, belə də olacaq, müraciətimiz nəzərə alınacaq, müsbət həllini tapacaq və Güloğlular kənd ümumi orta məktəbi Fəxri Qəribzadənin adını daşıyacaq.
Öncədən də Sizə minnətdarlıq və təşəkkürlərimizi bildiririk. Allah Sizi, gözəl ailənizi, Qalib AZərbaycanımızı qorusun!
İmza:
1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.