Gültəkin Hacıbəylidən-CAVİD OSMANOVA SƏRT İTTİHAMLAR – SABİQ DEPUTAT SAHİBƏ QAFAROVA, KAMRAN ƏLİYEV VƏ ELDAR İBRAHİMOVA MÜRACİƏT ETDİ…

Milli Şuranın rəhbərlərindən olan sabiq deputat (2000-2010-cu illər), Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabiq sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin keçmiş üzvü Gültəkjin Hacıbəyli spiker Sahibə Qafarova, parlamentin İntizam Komissiyasının rəhbəri Eldar İbrahimov (bütövlükdə komissiyanın üzvlərinə) və Baş Prokuror Kamran Əliyevə müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətini sosial şəbəkə hesabı üzərindən edən sabiq millət vəkili deputat Cavid Osmanovun MM-in dünənki-sonuncu iclasındakı çıxışı və onun bütövlükdə fəaliyyəti ilə bağlı geniş araşdırma aparılmasını, ölçü götürülməsini istəyib.

Müraciətində deputata qarşı sərt ifadələr işlədən və ağır ittihamlar səsləndirən G. Hacıbəyli C. Osmanovu MM-in üzvü olmağa yaraşdırmadığını da sözlərinə əlavə edib.

“Əks halda, həmin damğa bütün fəaliyyəti boyu Milli Məclisin üzərində bir qara ləkə olaraq qalacaq”-deyə, sabiq deputat sonda əlavə edib.

Qeyd edək ki, C. Osmanov MM-in dünənki iclasında Şuşanın, Azərbaycan torpaqlarının işğalı ilə bağlı keçmiş AXC-Müsavat hakimiyyətinin ünvanına sərt ifadələr-ittihamlar səsləndirib.

Onun çıxışı, ittihamları millət vəkilləri Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev və Razi Nurullayev tərəfindən də etirazla qarşılanıb.

Lakin C. Osmanov ona ünvanlanan iradalara cavab bildirməyib.

Məsələ ilə bağlı C. Osmanovun da fikirlərini dərc etməyə hazırıq.

22:51, 9 may

Etikxeber.az

Read Previous

“İllər keçir, amma illər onun nə qədər böyük bir Lider olduğunu daha da çox hiss etdirir, anladır bizə…”-QƏNİRƏ PAŞAYEVA

Read Next

Milli Məclisin növbəti iclası-NƏ VAXT KEÇİRİLƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir