Gülü hədəf aldı, Baxçalını öydü…

Türkiyə prezidenti, AKP lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, adıçəkilən partiyanın qurucularından olan Abdullah Gülü hədəf alıb.

Etikxeber.az-ın xəbərinə görə, bu gün AKP-nin TBMM-dəki ənənəvi qrup toplantısında çıxış edən R. T. Ərdoğan deyib ki, ökədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər:

“AKP-də birliyi, bərabərliyi zədələyənlər artıq bu karvanının səmimi yolçuları deyillər. Bu karvandan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik. Əsas işimiz yanlışlıqlara yol verməmək, keçmiş xətalardan dərs çıxarmaqdır. Partiyamıza zərər verəcək qədər iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”.

erdogan-gul1

R. T. Ərdoğan A. Gülü nəzərdə tuturaq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur:

“Hər kəs ağzını açmadan öncə harada olduğuna diqqət etməlidir”.

Bu yerdə xatırladaq ki, bir müddət əvvəl A. Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib. R. T. Ərdoğan A. Gülün bu etirazını əsassız sayıb. A. Gül isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibətini bildirəcəyini açıqlayıb.

Ərdoğan eyni zamanda,  MHP lideri Dövlət Baxçalıya öz minnətdarlığını ifadə edib.

erdo-bahceli

Ərdoğan MHP genəl başqanının 2019-cu ildə onun namizədliyini dəstəkləyə biləcəkləri haqda açıqlamasıyla bağlı bunları deyib:

 “Hörmətli Baxçalının dünən verdiyi açıqlamanı çox dəyərli hesab edirəm. Şəxsim və partyam adından şükranlarımı çatdırıram”.

O, həmçinin deyib ki, 2019-cu il seçimləri ərəfəsində  Baxçalının yerli və milli mövqeyini  özəlliklə vurgulamaq lazımdır:

 “Bu yerli və milli duruşla, mövqe ilə birlikdə inanıram ki, ölkəmizdə bizi bölmək, parçalamaq istəyənlər hədəflərinə çata bilməyəcəklər. Bizlər 7 avqust ruhunu yaşamaqda qərarlıyıq. Biriləri deyir ki, “bu, nə deyər, o, nə deyər”. Biz nə deyərik, asas olan budur. Hörmətli Baxçalı ilə bir araya gələrik, ölkəmizin dərdlərini də danışarıq, “uyum yasa”larının çalışmasını da dostlarlar həyata keçirər, yolumuza davam edərik”.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva Mehriban Əliyevaya minnətdarlığını bildirdi…-FOTO

Read Next

Bolqar həmkarı İlham Əliyevə niyə zəng etdi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir