Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Doğrusu Türkiyənin keçmiş Cümhurbaşqanı Abdullah Gülü anlamadım.
Siyasətçiyə yaraşmayacaq səhvə yol verdi.
Əvvəlcə Səadət Partiyasına ümid verdi ki, prezident seçkisində müxalifətin vahid namizədi ola bilər. Ancaq bunun üçün müxalifətin həm sağ, həm də sol qanadı Gülü dəstəkləməli idi.
Gül bilməli idi ki, ana müxalifət – Cümhuriyyət Xalq Partiyası onu dəstəkləməyə bilər. Çünki bu partiyanın bir çox üzvü Gülü Ərdoğanın keçmiş dostu kimi dəyərləndirir, həm də axı sol partiyanın sağların nümayəndəsinin dəstəkləməsinin özü ziddiyətlidir.
CHP-nin lideri Kamal Kılıçdaroğlu Gülü dəstəkləməsi halında partiyanın əsas fiqurları Kılıçdaroğludan üz döndərəcəkdilər. Bunu da Kılıçdaroğlu anlayır və “Gül yoxsa partiya” seçimində aydın məsələdir ki, ikinciyə üstünlük verdi. Partiyanı itirmək naminə Gülü dəstəkləməyə dəyməzdi.
Yeni yaranan İyi Partiya da ilk gündən seçimini etmişdi: Cümhurbaşqanı seçkilərində partiyanın lideri Meral Akşener iştirak edəcək.
Akşener nəyin naminə namizədliyindən vaz keçməli idi?
Bütün bunları ya Gül görmədi, ya da görmək istəmədi. Gülün özü də namizədliyinin irəli sürülməsi prosesində aktiv olmadı, hadisələri evdən izlədi, təlimatları da evdən verdi. Bir tərəfdən dedi ki, “mən müxalifətin namizədi ola bilərəm”, o biri tərəfdən bu işə həvəssiz yanaşdı, görüşlərə özünün əvəzinə Səadət Partiyasının rəhbərini göndərdi.
Bu da müxalifət partiyaları tərəfindən el dilində desək yekəxanalıq əlaməti kimi qəbul olundu. Nəticə Gül üçün açınacaqlı oldu. O həm keçmiş partiyasının nifrətini (Gülə ona xatırlatdılar ki, Rəcəb Təyyub Ərdoğan Cümhurbaşqanı seçilə biləcəyi halda dostunu irəlıi sürdü və onun namizədliyinin təsdiqi üçün müxalifətlə xeyli mübarizə aparmış oldu, bunu əvəzində isə Gül dostuna xəyanət etdi) qazandı, həm də müxalifətdən zərbə aldı. Gül artıq bir daha siyasətə qayıda bilməyəcək.
Doğrusu, bu macəra onun nəyinə lazım idi – bu sual da açıq qaldı.
Sən dövlətin ən təpəsində olmuş isimsən, yenidən eyni çaya girməyə nə ehtiyac var idi? Onun “keçmiş dostu ilə yarışmaq” macərası fiasokiya uğradı.
Elxan ŞAHİNOĞLU,
Politoloq
Etikxeber.az