Gümüş və bürünc medallı Çebanu 3-cü medal uğrunda mübarizəyə qatılır

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarının altıncı günündə – sentyabrın 13-də Azərbaycanın iki atleti mübarizə aparacaq.

Etikxeber.az xəbər verir ki, əvvəlcə üzgüçülüyün 100 metr məsafəyə xüsusi brass növündə Dmitri Saleh yenidən mükafat uğrunda yarışacaq. Yarış Bakı vaxtı ilə saat 18:00-dan etibarən start götürəcək.

Azərbaycan atleti Yelena Çebanu bu dəfə gücünü atletikanın uzunluğa tullanma növündə sınayacaq. Yarış saat 01:41də başlayacaq.

Xatırladaq ki, Y.Çebanu indiyədək “Rio-2016” Paralimpiadasında 100 metr məsafəyə qaçışda gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.

Etikxeber.az

Read Previous

İran Qarabağ münaqişəsi ilə bağlı nə etmək istəyir?- Səfirdən açıqlama

Read Next

“Atlas festivalı”nda Azərbaycan kəlağayıları

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir