GÜNƏŞİ SOVURANLAR – Zahid Orucun yazısı

Ermənistan ön cəbhənin əskərlərini Günəş plitəsinin üstündə hazırlanan qidalarla təmin etmək üçün kampaniyaya başlayıb. Sən demə, alternativ enerji mənbələrinə çıxış əldə etmək üçün yerli firmalardan birinin ağlına belə know how gəlib.

Dünyada geniş tətbiq olunan panelləri və batareyaları hərbi texnikanın ayrılmaz hissəsinə çevirərmək, ordunun ehtiyaclarını ödəmək pis fikir olmazdı, əgər sabit bir ərazidə xidmətdən və daimi müharibə təhlükəsindən uzaq olsaydılar. Şuşa və Xankəndindən çox çox uzaqları-döyüş mövqelərini elektrik enerjisi ilə təmin eləmək üçün milyonlarla dollar vəsait tələb olunur. O biri yandan, özünü müvəqqəti hiss etdiyin dislokasiyalarda daimi infrastruktur yaratmaq tamamilə perspektivsiz bir işdir və ermənilər bunu yaxşı başa düşür.

Lakin Günəş enerjisini sümürüb əskəri və zabiti isti xörəklərlə təmin edəcəyinə inanan Qarabağ “hökuməti” təkcə Azərbaycan Silahlı qüvvələrinin tankı-topundan özünü qorumalı olmur, eləcə də hidrometroloji stansiyalardan gələn xəbərlərlə hesablaşmağa məcburdur.Deməli, yağışlı-qarlı havada ön cəbhədə yerləşən hərbi birləşmələrin personalının qida təminatından dolayı qəzəbli və narazı olduğunu gözəyarı təxmin etmək olar.

zahid-2

Bildiyiniz kimi, Dağlıq Qarabağın iqlimi yüngül və quru sayılır, subtropik növə malikdir və orta atmosfer göstərcisi illik ölçüdə + 10 dərəcə təşkil edir. Təqvimin yalnız iki ayında-iyul və avqustda temperaturun yuxarı qalxmasını müşahidə eləmək olur. Əvəzində sərt hava şəraitində yeni soyuqdan enerji almaq ixtirası ermənilərin ağlına gəlsə, heç kim təəccüblənməz.

Bir millət ki, səngərə dolub, göydə günəşin şəfəqlərini axtarır, ayağının altını-yeri, çölü, çəməni özününkü bilmir, bundan böyük bədbəxtlik yoxdur.Ermənilərin ələ keçirdiyi torpaqlar miqyasca böyüdükcə, xalq sayca kiçilir.Əslində “balans qanunu” cəmiyyətə təbiətdən keçib.Ona görə də əskəri və zabiti Günəş vannaları ilə qızdırmaq istəyən bir dövləti gərək tonqalda yandırasan.

Sezarın o dünyada çevrildiyi bir əsrdə yaşayırıq.

Bir orduya bütün cəbhəboyu Günəş panellərindən isti şinel geyindirmək istəyirlər.

Atalar yaxşı deyib, şüşə sarayda yaşayıb, başqasına daş atanlar…

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

Afrində məhv edilən terrorçuların sayı 3393-ə çatdı

Read Next

“Dilucu”da 40 nəfər gömrük işçisi saxlanılıdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir