“Günəşli” yatağında baş vermiş qəzada itkin düşmüş daha iki neftçinin cəsədi tapıldı-RƏSMİ

Bu ilin may ayında Xəzər dənizinin hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilmiş, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb.

SOCAR-dan Etikxeber.az-a verilən məlumata görə, cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib.

Məlumata əsasən, analizlər nəticəsində müəyyən edilib ki, cəsədi tapılanlardan biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-ci il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğludur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veriləcək.

Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” neft yatağının 10 saylı Dərin Dəniz Özülündə yanğınla nəticələnən qəza zamanı 30 nəfər itkin düşmüşdü.

Axtarışlar nəticəsində itkin düşmüş neftçilərdən 15-nin meyiti tapılıb.

Etikxeber.az

Read Previous

Azərbaycanda daha çox baxılan televiziya kanallarının adları-AÇIQLANDI – MTRŞ MƏLUMAT YAYDI

Read Next

“O, hər kəsin nəzərində Ali Ruhdur…”-ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir