Gün o gün olsun ki, öz 9 mayımızı-öz Qələbə günümüzü qeyd edək!-KAMİL HƏMZƏOĞLU YAZDI

31-32 il öncəyəcən bu günü, 9 mayı-faşizm üzərində Qələbə gününü necə də həsrətlə gözləyərdik…

Kremlin önündəki, “Qırmızı meydan”dakı hərbi paradı necə də acgözlüklə izləyərdik efirdən, ekrandan…

Güclü olduğumuzla, nəhəng rus-sovet ordusu ilə fəxr edərdik…

Ta ki, 1990-ci ilin 20 Yanvarıcan…

Həmin güclü dövlətin və ordunun açıq-aşkar qanlı əməllərinəcən, əlisilahsız, haqqını tələb edən azərbaycanlıların, Azərbaycan türklərinin üzərinə şərəfsizcəsinə, alçaqcasına yeriyənəcən, uf demədən əzib keçənəcən…

O gündən, məhz o gündən sonra çox şeylər dəyişdi…

Əzəmətli və güclü görünən dövlətin, şər imperiyasının təməlləri, özülləri bir-bir sarsılmağa, ona nifrət daha da artmağa, daha da alovlanmağa başladı…

Sonrası da, sonu da məlum…

İndi çox istərdim ki, 31-32 il öncəyən keçirdiyimiz hissləri, yaşadığımız və yaşadılan xoşbəxtliyi sözül əsl və həqiqi mənasında Qarabağımızla, itirilmiş torpaqlarımızla bağlı yaşayaq…

Əsl qələbə, zəfər bayramını Qarabağımızla, itirilmiş torpaqlarımızı geri qaytarmağımızla bağlı qeyd edək…

Allahım, Rəbbim o günü, o anı bizdən əsirgəməsin, bizə çox görməsin. Milyon kərə Amin!

1939-45-ci illərdə də dünyasını dəyişənlərimizə, İkinci Dünya savaşında həlak olanlarımıza Allah rəhmət etsin, qalanlara-qalanlarımız can sağlığı versin.

Onlardan da mərhəmətimizi əsirgəməyək!

Tarix, tarixdir!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az saytnın baş redaktoru, “525-ci qəzet”-in parlament müxbiri

Etikxeber.az

Read Previous

Heydər Əliyev – qəlblərdə əbədiyaşar lider!-AYDIN TAĞIYEV YAZIR

Read Next

“Xeyr, bu, həm də bizim qələbəmizdir…”-VÜSALƏ MAHİRQIZIDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir